Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrail xüsusi xidmət orqanları İranın 200-dən çox kiberhücumunu qeydə alıb
İsrail Ümumi Təhlükəsizlik Xidməti İranı yüksəkrütbəli İsrail siyasətçilərinə, hərbi xadimlərinə və alimlərə qarşı 200-dən çox haker hücumu həyata keçirməkdə ittiham edib.
Oxu.Az bu barədə "The Times of Israel"ə istinadən xəbər verir.
Məlumata görə, hakerlər "fişinq hücumları" adlanan üsuldan istifadə ediblər - bu, digər xidmətlər kimi maskalanmış zərərli linklərin göndərilməsi vasitəsilə qarşı tərəfdən məxfi məlumatların əldə edilməsi üsuludur. Xüsusi xidmət orqanlarının bildirdiyinə görə, hücumlar elektron poçt, "WhatsApp" və "Telegram" mesencerləri vasitəsilə həyata keçirilib. Hakerlər bu yolla qurbanların cihazlarına istifadəçinin ev ünvanını və hərəkətlərini ötürən zərərli proqram təminatı yükləməyə çalışıblar.
"Haker hücumu" teqi üzrə xəbərlər
- Tural Gəncəliyev: "İnformasiya məkanımıza kiberhücumların arxasında böyük güclər dayanır"
- Haker hücumuna məruz qalan universitetin rəsmi saytına giriş bərpa olundu
- Hakerlər Trampın "X" hesabındakı paylaşımına çılpaq şəkillərini əlavə ediblər
- Fransada yeniyetmə haker böyük qalmaqala səbəb oldu
- İtaliyada bank və şirkətlərə haker hücumu edildi