İsrailin cənubundakı Arad şəhərinə raket hücumu nəticəsində xəsarət alanların sayı 64 nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Magen David Adom" təcili yardım xidməti məlumat yayıb.
Məlumata əsasən, 64 yaralı xəstəxanalara göndərilib, onlardan 7-nin vəziyyəti ağırdır.
Ölü dəniz yaxınlığında yerləşən İsrailin Arad şəhərində raket atəşi nəticəsində təxminən 30 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə İsrailin təcili tibbi yardım məlumat yayıb.
Qeyd olunub ki, İran raketinin Aradda birbaşa yaşayış məhəlləsinə düşüb. Ölkənin cənub bölgələrində hava həyəcanı elan olunub.