Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsrailin İranın dövlət televiziyasına endirdiyi zərbə nəticəsində ölənlərin sayı artdı
İranın dövlət televiziya və radio şirkəti (IRIB) əməkdaşlarının ölənlərin sayı üç nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.
İranın dövlət televiziya və radio şirkəti (IRIB) əməkdaşlarının ölənlərin sayı iki nəfərə çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Nour News" məlumat yayıb.
"Xəbər redaktoru Nima Rəcəbpur və IRIB katibliyinin əməkdaşı Məsumə Əzimi öldürülüb", - nəşr yazıb.
Qeyd edək ki, iyunun 16-da İsrail ordusu İranın IRIB yayım korporasiyasının ofisinə zərbə endirib, hücum canlı yayım zamanı həyata keçirilib. İran kanalının aparıcısı çıxışını yarımçıq kəsib və studiyada işıqlar sönüb.
"İsrail-İran gərginliyi" teqi üzrə xəbərlər
- İsrailin İrana zərbələri zamanı Pezeşkianın yaralandığı məlum olub
- Netanyahu Trampa xəbərdarlıq edib: İsrail İrana qarşı yeni zərbələr endirməyə hazırdır
- İsrailli məmur: "Hücumlardan sonra İranda zənginləşdirilmiş uranın bir qismi qalıb"
- İsrail təsdiqlədi: İran hərbi obyektlərə zərbə endirib
- Fidan: "Türkiyə ABŞ-nin nüvə proqramı danışıqları ilə bağlı mövqeyini İrana çatdırıb"