İsrail Müdafiə Ordusu (SAXAL) Livanın paytaxtı Beyruta yeni zərbə endirdiyini, əsas hədəfin "Hizbullah" hərəkatının yüksəkrütbəli komandirlərindən biri olduğunu açıqlayıb.
Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə SAXAL-ın mətbuat xidmətinin bəyanatında bildirilir.
Məlumata görə, İsrailin Beyruta endirdiyi raket zərbələrinin ikinci dalğası paytaxtın qərb hissəsində yerləşən, mühüm ticarət mərkəzi sayılan Hamra rayonuna hücumla başlayıb.
İsrailin raket hücumundan sonra Beyrutun müxtəlif rayonlarından xəstəxanalara çox sayda ölənlər və yaralananlar daxil olur.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Qırmızı Xaç Cəmiyyətinin Livan üzrə komissarı Corc Kettane "X" hesabında məlumat verib.
"Vəziyyət kritikdir, çoxlu yaralanan və ölən var. İnsanları xilas etmək üçün əlimizdən gələni edirik", - deyə o bildirib.
Kettanenin sözlərinə görə, bütün şəhər xəstəxanaları xüsusi iş rejiminə keçib, donor qan toplanması üçün təcili aksiyası elan edilib.
İsrail Hərbi Hava Qüvvələri bir müddət əvvəl Livan boyu yeni zərbələr seriyasının endirilməsinin başa çatdığını bəyan edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, hücumun hədəfi "Hizbullah" şiə təşkilatının hərbi obyektləri təyin edilib. Zərbələr Beyrutda, Beka vadisində və Livanın cənubunda 10 dəqiqə ərzində eyni vaxtda həyata keçirilib. Ümumilikdə 100-dən çox hədəf vurulub.
"Bu, "Aslanın nəriltisi" əməliyyatının başlanğıcından bəri "Hizbullah"a məxsus infrastruktura endirilən ən genişmiqyaslı zərbədir", - deyə məlumatda bildirilib.
İsrail qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi hava hücumu nəticəsində dörd nəfər qətlə yetirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.
Verilən məlumata görə, Tir şəhərinin yaxınlığındakı bir neçə yaşayış məntəqəsinə aviazərbələr endirilib. Əl-Kalilə kəndində "Hizbullah" hərəkatına məxsus təcili yardım maşını bombardman edilib. Hücum nəticəsində nəqliyyat vasitəsində olan dörd nəfər həyatını itirib.