İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) daha iki yüksəkrütbəli zabiti İsrailin hava zərbələri nəticəsində həlak olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı "Borna News" agentliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, ölənlər general Rəşid və Fotuhi Eslami Rezvanpur qardaşlarıdır. Onların İsrailin Qəzvin əyalətində yerləşən qərargaha endirdiyi zərbə nəticəsində həyatını itirdiyi qeyd olunur.
İsrailin həyata keçirdiyi hücum nəticəsində İranın "Fərəc" kəşfiyyat xidmətinin rəis müavini, briqada generalı Əlirza Lütfi həyatını itirib.
Oxu.Az xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

İsrailin Tehrana endirdiyi raket zərbəsi nəticəsində "Bəsic" qüvvələrinin kəşfiyyat-mühafizə korpusunun komandiri Məhəmməd Tağı Yusifvənd həyatını itirib.
Oxu.Az İran KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

İranın "Tasnim" xəbər agentliyi İsrailin SEPAH-ın Əlborzdakı qərargahına endirdiyi zərbə nəticəsində ölənlərin adlarını açıqlayıb.
Bu barədə Oxu.Az "Tasnim"ə istinadən xəbər verir.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Əlborz vilayəti üzrə mətbuat xidməti İsrailin "İmam Həsən Müctəba" korpusunun qərargahına endirdiyi zərbə nəticəsində bir neçə hərbçinin öldüyünü təsdiqləyib.
Bildirildiyinə görə, ölənlər arasında:
- Briqada generalı Müctəba Kərimi (SEPAH komandirinin Əlborz vilayəti üzrə müavini);
- Briqada generalı Əkbər Enayati (ictimaiyyətlə əlaqələr üzrə müavin);
- Höccət-ül-İslam Əli Tərkəşvənd (Müfəttişlik İdarəsinin rəisi);
- Polkovnik-leytenant Qulam Odcani;
- Polkovnik-leytenant Mohsen Kuheil;
- Qadın zabit Fatimə Salehi;
- Bəsic könüllüsü - Qulamreza Suri var.
