Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsrail Suriyaya güclü zərbələr endirdi: Ölənlərin və yaralananların sayı artdı
İsrail Hərbi Hava Qüvvələrinin Suriyanın mərkəzindəki Misyaf şəhərinə endirdiyi zərbələr nəticəsində ölənlərin və yaralananların sayı artıb.
Oxu.Az-ın "RİA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Misyaf dövlət xəstəxanasının baş həkimi Feysal Heydər məlumat verib.
"İsrailin gecə saatlarında Həma vilayətinə hücumu nəticəsində 15 nəfər ölüb, 34 nəfər yaralanıb. Yaralananlar arasında vəziyyəti ağır olanlar da var", - deyə Heydər bildirib.
Qeyd edək ki, daha əvvəl Suriya Müdafiə Nazirliyi ölkənin hava hücumundan müdafiə sistemlərinin Livanın şimal-qərbindən gələn İsrail Hərbi Hava Qüvvələrinin hücumunu dəf etdiyini bildirmişdi. Zərbələrin Suriya ordusunun ölkənin mərkəzindəki bir neçə obyektinə dəydiyi qeyd edilmişdi.
İsrailin Suriyaya mümkün raket hücumu zamanı İranın bu ölkədəki obyektlərinə, o cümlədən İranın raket istehsalı bazasına zərbə dəymiş ola bilər.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "The Times of Israel" qəzeti məlumat verib.
"Hesab edilir ki, Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplar tərəfindən baza kimi istifadə edilir. Son illərdə bura hücumların hədəfi olub ki, bu hücumların İsrailin adına yazılıb", - deyə qəzet bildirib.
Qəzetin iddiasına görə, orada CERS və ya SSRC kimi tanınan Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir və İsrail iddia edir ki, İran qüvvələri buradan yüksəkdəqiqlikli "yer-yer" tipli raketlərinin istehsalı üçün istifadə edir.
İsrail Müdafiə Qüvvələri Suriyaya raket hücumu ilə bağlı hələ şərh verməyib.
"İsrail" teqi üzrə xəbərlər
- İsrailin Nyu-Yorkdakı konsulluğuna hücum cəhdi olub
- Husilər Təl-Əvivə hipersəsli ballistik raketlərlə zərbələr endiriblər
- İsrailin müdafiə naziri İsrael Kats: "Bizə hücum edən hər kəsdən yeddi qat qisas alınacaq"
- İsrail ordusu "Ənsər Allah"ın Yəməndəki hərbi obyektlərinə hava zərbələri endirib
- HƏMAS-la İsrail arasındakı mümkün razılaşmanın detalları bəlli oldu
Rəylər