ABŞ-nin vitse-prezidenti Kamala Harris rəqibi Donald Trampla teledebata hazır olduğunu bəyan edib.
Oxu.Az xəbər verir ki, bu barədə Ağ Evin Mətbuat Xidməti məlumat yayıb.
Harris jurnalistlərdən birinin sualını cavablandırarkən baş barmağını qaldırıb və Trampla debata hazır olduğunu bildirib.
ABŞ prezidentliyinə iki namizəd arasında debat sentyabrın 10-da Pensilvaniya ştatının Filadelfiya şəhərində ABC televiziyası tərəfindən keçiriləcək.
Qeyd edək ki, bir gün əvvəl ABŞ KİV-də prezidentliyə namizədlər Donald Tramp və Kamala Harrisin reytinqlərinin demək olar ki, bərabərləşdiyi vurğulanıb. Belə ki, sentyabrın 8-də dərc olunmuş sorğuya əsasən, Trampa dəstək səviyyəsi 48 faiz, Harrisə isə 47 faiz təşkil edib.
Rəylər