Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin daxili İşlər naziri Ali Yerlikayaya və Jandarma Baş Komandanı ordu generalı Ali Çardakcıya başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, başsağlığında deyilir:
"Tunceli vilayətində qardaş Türkiyə Respublikasının Jandarma Baş Komandanlığına məxsus nəqliyyat vasitəsinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların şəhid olması xəbəri məni çox kədərləndirdi. Sizin kədəriniz bizim də kədərimizdir.
Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir, yaralı hərbi qulluqçumuza şəfa diləyirəm.
Ruhları şad, xatirələri əziz olsun. Allah rəhmət eləsin".
Azərbaycan müdafiə naziri Türkiyəyə başsağlığı verdi