Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İstanbul aeroportu Avropada ilkə imza atacaq
"İstanbul Hava Limanı Avropada üçlü uçuş-enmə zolağı əməliyyatını başladan ilk aeroport olacaq".
Oxu.Az "TRT Haber" telekanalına istinadla xəbər verir ki, bunu Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib.
Onun sözlərinə görə, bu, hava nəqliyyatının idarə edilməsində tarixi addımdır:
"Yeni sistem sayəsində İstanbul aeroportunda eyni vaxtda üç təyyarə bir-birindən asılı olmayan zolaqlara enmə və ya uçuş həyata keçirə biləcək".
Nazir sistemin aprelin 17-də saat 10:00-da (Bakı vaxtı ilə saat 11:00-da) işə düşəcəyəni diqqətə çatdırıb.
"İstanbul Hava Limanı" teqi üzrə xəbərlər
Ən çox oxunanlar