Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Puqaçova qısa libasda rəqs etdi: Qalkin görüntüləri paylaşdı
Məşhur müğənni Alla Puqaçova 76 yaşını ailəsi və yaxın dostlarının əhatəsində qeyd edib.
Bu barədə Oxu.Az Gazeta.ru-ya istinadən xəbər verir.
Məlumata görə, müğənninin əri, məşhur rusiyalı yumorist Maksim Qalkin öz "İnstagram" hesabında doğum günü şənliyindən kadrlar paylaşıb. Kadrlarda Rusiya estradasının Primadonnası olan Puqaçovanın dəbli qısa libasda rəqs etdiyi görüntülər əks olunub.
"Yunan rəqsində", - deyə Maksim Qalkin videoya şərh yazıb və həyat yoldaşına olan heyranlığını dilə gətirib.
Alla Puqaçovanın pərəstişkarları da görüntülərə biganə qalmayıblar və cütlüyə komplimentlər yağdırıblar:
"İlahə", "Necə incədir", "Necə dəbdəbəli görünür", "Olduqca gözəl və cazibədardır", "Bravo, Alla", "76 yaşında eynilə belə görünmək istəyirəm", "İnanılmazdır, nə fiqurası var", "Ayaqlara bax, alovdur", "İncə sərv", "Heyranlıq duyuram, baş əyirəm", "Allah hər bir qadına belə dəbdəbəli görünməyi nəsib etsin" , - deyə izləyicilər heyranlıq dolu ifadələr yazıblar.
Xatırladaq ki, Alla Puqaçova və Maksim Qalkin 27 yaş fərqinə baxmayaraq, 2011-ci ildə evləniblər. Bu, Puqaçova üçün ikinci evlilik olub. 2013-cü ildə cütlüyün surroqat ana vasitəsilə dünyaya gələn Elizabet və Harri adlı əkiz uşaqları olub. Maksim Qalkinin etiraf etdiyi kimi, onlar hətta ən yaxın adamlarına belə, ailədə artım olacağı xəbərini dərhal verməyiblər, çünki onların reaksiyasından qorxurdular. Alla Puqaçovanın Mikolas Orbakasla ilk evliliyindən olan qızı Kristina Orbakayte isə qardaş və bacısının dünyaya gələcəyi xəbəri ilə şoka düşüb.
2022-ci ildə geosiyasi gərginlik fonunda Alla Puqaçova əri və uşaqları ilə birlikdə Rusiyanı tərk edib və əvvəlcə İsrailə köçüb. Daha sonra, KİV-in məlumatına görə, Kiprdə daşınmaz əmlak alıb.
"Alla Puqaçova" teqi üzrə xəbərlər
- Alla Puqaçovanın nəvəsinə ağır diaqnoz qoyuldu
- Alla Puqaçovanın müğənni qızına qadağa qoyuldu
- Alla Puqaçova və Maksim Qalkin mühacirətdə kimin hesabına yaşayırlar?
- Puqaçovanın keçmiş əri onun məşhur müğənni İqor Nikolayevə olan marağından danışdı
- Alla Puqaçova və Maşa Rasputinaya qarşı planlaşdırılmış sui-qəsd cəhdlərinin üstü açıldı