Türkiyənin İstanbul şəhərinin Kiçikçəkməcə lövbər rayonunda "Kəlbəcər" tankerinin lövbər zənciri "Alatepe" tankeri tankerin pərinə ilişməsindən sonra iki gəmi toqquşub və hərəkət edə bilməyib. Gəmilərdən gələn təcili yardım siqnalından sonra hadisə yerinə xilasetmə qrupları göndərilib.
Azərbaycan bayrağı altında üzən "Kəlbəcər" tankeri zəncirdən qurtarılıb və mühərriklərini yenidən işə salınaraq ərazidən uzaqlaşdırılıb. "Alatepe" tankerinin pərinə dolaşan zənciri isə güclü külək sakitləşdikdən sonra sahil mühafizəsinin dalğıcları tərəfindən problemin aradan qaldırılacağı bildirilib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi açıqlama verib.
"Kiçikçəkməcədə lövbər rayonunda toqquşan "Kəlbəcər" adlı boş vəziyyətdə olan tanker ilə 2 500 ton kimyəvi maddə daşıyan "Alatepe" tankeri arasında baş verən toqquşma ilə bağlı araşdırmalar Sahil Mühafizəsi Baş İdarəsinin qrupları tərəfindən aparılır. "Kəlbəcər" tankeri xilasetmə yedək gəmisinin müşayiəti ilə təhlükəsiz ərazidə lövbər salacaq. "Kəlbəcər" tankerindəki 14 heyət üzvü və "Alatepe" tankerindəki 17 heyət üzvünün vəziyyətləri yaxşıdır və hadisə nəticəsində ətraf mühitin çirklənməsi halı baş verməyib. Ağır hava şəraitinin yaxşılaşmasından və dalğıcların sualtı yoxlamasından sonra sahilə saya oturan "Alatepe" gəmisində xilasetmə əməliyyatları başlayacaq", - deyə nazirlikdən qeyd edilib.
"İstanbulda Kiçikçəkməcə lövbər rayonunda əlverişsiz hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zəncirinin "Alatepe" tankerinin pərinə ilişməsi ilə bağlı aparılan tədbirlər uğurla yekunlaşıb".
Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin (ASCO) yaydığı məlumatda qeyd edilib.
"Əməliyyat zamanı kənar xilasetmə qüvvələrinin müdaxiləsinə ehtiyac yaranmayıb. Belə ki, "Kəlbəcər" tankerinin heyəti mühərriki işə salaraq, gəmini dayaz sudan çıxarıb və dərin suya təhlükəsiz şəkildə keçid edib", - deyə bildirilib.
Məlumatda qeyd edilib ki, hadisə nəticəsində gəmiyə ziyan dəyməyib, dəniz mühitinə hər hansı zərər və ya sızma qeydə alınmayıb:
"Hazırda "Kəlbəcər" tankeri istismara tam hazırdır və növbəti səfər üçün təlimat gözləyir".
Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi İstanbuldakı Küçükçəkməcə lövbər rayonunda baş verən hadisə ilə bağlı məlumat paylaşıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
"141 metr uzunluğunda "Kəlbəcər" adlı tanker və 115 metr uzunluğunda "Alatepe" adlı tankerin Küçükçəkməcə lövbər rayonunda toqquşması ilə bağlı məlumat daxil olduqdan sonra gəmilər sahilə yaxın olduğu üçün Nəqliyyat və İnfrastruktur Nazirliyinin Sahil Təhlükəsizliyi Baş İdarəsi ilə əlaqəli quru xilasetmə qrupumuz və "KURTARMA-9" yedək gəmimiz hadisə yerinə göndərilib", - deyə nazirlikdən bildirilib.
İstanbulun Kiçikçəkməcə lövbər rayonunda müşahidə olunan küləkli hava şəraiti səbəbindən "Kəlbəcər" tankerinin lövbər zənciri yaxınlıqdakı Türkiyə bayraqlı "Alatepe" tankerinin pərinə ilişib.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"ndən (ASCO) Oxu.Az-a bildirilib ki, hadisə ilə bağlı dərhal aidiyyəti qurumlara məlumat verilib. Mövcud təlimata uyğun olaraq, liman müfəttişliyinin heyəti əraziyə cəlb olunub.
Hazırda xidmət əməkdaşları tərəfindən hər iki gəmidə müvafiq texniki işlər aparılır və lövbər zəncirinin təhlükəsiz şəkildə buraxılması istiqamətində tədbirlər davam etdirilir.
Hadisə zamanı gəmidə yük olmayıb.
Vəziyyət nəzarət altındadır, heyətin təhlükəsizliyi ilə bağlı hər hansı narahatlıq yoxdur.
Xilasetmə işlərinin gedişatı ilə bağlı ətraflı məlumat veriləcək.
İstanbulun Kiçikçəkməcə lövbər rayonunda biri Azərbaycan, digəri isə Türkiyə bayrağı altında üzən iki tankerdən təcili yardım çağırışı daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumata görə, xilasetmə qrupları hadisə yerinə göndərilib.