Cümə günü İstanbulun zərgərlik məmulatlarının satıldığı iri Kuyumcukent ticarət mərkəzində yanğın baş verib.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, yanğından xəsarət alanlar yoxdur. Mərkəzin alıcıları və işçiləri təxliyyə olunub. Hadisə yerinə bir sıra yanğınsöndürən maşın cəlb olunub. Ticarət mərkəzinin üzərində qatı tüstü müşahidə olunur.
Kuyumcukent ticarət mərkəzi İstanbulda evlənməyə hazırlaşanlar arasında toy üçün zinət əşyalarının alınması yeri kimi tanınır.