2015-ci ilin mart ayı ərzində Azərbaycan dövlət büdcəsinə Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə ümumilikdə 132 milyon 416,36 min manat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə DGK-nın yaydığı hesabatda deyilir.
Aylıq büdcə daxilolmalarının 47 milyon 386,16 min manatı gömrük rüsumları, 75 milyon 670,39 min manatı ƏDV, 7 milyon 597,1 min manatı aksizlər, 1 milyon 762,71 min manatı yol vergisinin payına düşüb.
Qeyd edək ki, ötən ilin mart ayı ilə müqayisədə gömrük rüsumlarının həcmi 20,26%, aksizlərin həcmi 91,07%, yol vergisinin həcmi 34,08% artıb, ƏDV-nin həcmi isə 15% azalıb.