İstanbulda qartopu oynayanlar və yaxınlıqda olan mağazanın işçiləri arasında mübahisə qətllə nəticələnib.
Oxu.Az Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbər verir ki, jurnalist Nuh Koklu və dostları qartopu oynayıblar. Bu zaman qartopulardan biri yaxınlıqda olan mağazanın şüşəsinə dəyib.
Mağazadan çıxan sahibi və işçilər qartopu oynayanlarla mübahisə etməyə başlayıb.
Mübahisə zamanı mağaza sahibi Serkan A. mağazaya girib və bıçaqla geri dönüb. Serkan A. bıçaqla Nuh Koklunu vurub və o, xəstəxanada keçinib.