Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nulandı qəbul edib.
Oxu.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Münaqişə ilə bağlı danışıqlar prosesinin kontekstində Nalbandyan və Nuland münaqişənin yalnız sülh yolu ilə həll olunması üçün bütün səylərin cəmlənməsinin vacib olduğu ilə bağlı ümumi fikirlərini bildiriblər.
Edvard Nalbandyan bu planda ABŞ-ın ATƏT-in Minsk Qrupunun həmsədri kimi töhfəsini və rolunun vacibliyini qeyd edib.
www.oxu.az