Fevralın 21-də Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ikinci “Mövsüm Səyahət Yarmarkası” həyata keçiriləcək.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Qeyd edək ki, yarmarka Bakı şəhərində yerləşən “28 mall” ticarət mərkəzinin dördüncü mərtəbəsində, saat 12:00-dan 20:00-dək təşkil olunacaq.
Xatırladaq ki, yarmarka ölkədə fəaliyyət göstərən mehmanxana və turizm şirkətlərinin təklif etdiyi ölkədaxili, həmçinin Novruz turu məhsullarının şəhərimizin sakinlərinə və qonaqlarına təqdim olunması məqsədilə təşkil edilir.
www.oxu.az