Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
İstanbulda koronavirus həyəcanı: Altı yaşlı uşaq karantinə alındı - VİDEO
Türkiyənin İstanbul şəhərində altı yaşında çinli bir uşaq koronavirus səbəbindən karantinə alınıb.
“Haber Global”ın məlumatına görə, bu barədə CHP-dən olan keçmiş millət vəkili Barış Yarkadaş özünün “Twitter” hesabından xəbər verib.
“Dünən gecə saat 21:00 radələrində altı yaşında çinli uşaq ailəsi tərəfindən Bakırköy Sadi Konuk Xəstəxanasına gətirilib. İlkin müayinədən sonra ona dərman verilib və evinə göndərilib. Lakin ailəsi gecə yarısından sonra uşağı İstanbul Universiteti Tibb Fakültəsinə gətirib”, - deyə o bildirib.
Millət vəkilinin sözlərinə görə, uşaq həmin xəstəxanada karantinə alınıb.
Bununla belə o, çinli uşağın müalicə olduğu yerdə tam karantin vəziyyətinin olmadığını da vurğulayıb:
“Eyni mərtəbədə başqa uşaqlar da var. Tibb işçiləri isə sadəcə maska taxırlar”.
Uşağın 10 gün əvvəl Şanxaydan Türkiyəyə gəldiyi bildirilir. Bununla uşağa dəqiq diaqnozun qoyulmadığı da vurğulanır.
"Bakı" teqi üzrə xəbərlər
- Bakıda iş adamı onu ev pişiyinə oxşadan işçisini vəhşicəsinə döydü - ANBAAN GÖRÜNTÜLƏR
- Bakıda erməni görsəniz, nə edərsiniz? - Sakinlər arasında maraqlı SORĞU
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
Rəylər