Moskva və Kiyev arasında danışıqlardan əvvəl İstanbulda Rusiya və ABŞ nümayəndələrinin ayrıca görüşü baş tutacaq.
Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat verib.
ABŞ-ni Dövlət Departamentinin siyasətin planlaşdırılması üzrə direktoru Maykl Enton, Rusiyanı isə prezidentin köməkçisi və nümayəndə heyətinin rəhbəri Vladimir Medinski təmsil edəcək.
Qeyd olunur ki, Enton mayın 16-dan gec baş tutacaq Rusiya, Ukrayna və Türkiyənin üçtərəfli görüşündə iştirak etməyəcək. Məlumata görə, Rusiya nümayəndə heyəti ABŞ nümayəndələrinin iştirakının əleyhinədir.