İstanbulda 3.8 maqnitudalı zəlzələ baş verib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Türkiyə hökuməti yanında Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Mərmərə dənizində, İstanbulun Silivri rayonu akvatoriyasında yerləşib.
Təbii fəlakətin ocağı 8 km dərinlikdə olub.
Məlumata görə, zəlzələ İstanbul sakinləri tərəfindən hiss edilib.
#DEPREM
— AFAD Deprem (@DepremDairesi) July 5, 2025
Büyüklük:3.8 (Mw)
Yer:Marmara Denizi - [24.69 km] Silivri (İstanbul)
Tarih:2025-07-05
Saat:14:24:21 TSİ
Enlem:40.84444 N
Boylam:28.27639 E
Derinlik:8.85 km
Detay:https://t.co/F26C4qY1Qw@afadbaskanlik @trthaber @anadoluajansi