Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İsveç Sahil Mühafizəsi “Şimal axını”nda qaz sızmasından yeni videogörüntülər paylaşdı - VİDEO
İsveç Sahil Mühafizəsi Baltik dənizində “Şimal axını”ndan qaz sızması ilə bağlı yeni görüntülər dərc edib.
Bildirildiyinə görə, qazın sızdığı yerdə “dəniz qaynayır və “yüksək şəlalələr” şəklində köpüklənir”, sızmanın səviyyəsi azalmır.
Danimarka Enerji Agentliyinin məlumatına görə, borulardan qaz axınları oktyabrın 2-si bazar gününə qədər dayanmayacaq. Yalnız bundan sonra düzgün araşdırma başlana bilər.
Xatırladaq ki, sentyabrın 26-na keçən gecə “Şimal axını-1” və “Şimal axını - 2” boru kəmərlərində qaz sızması baş verib.
“Nord Stream” şirkətindən bildirilib ki, qaz sızması nəticəsində hər iki “Şimal axını” xəttində təzyiq kəskin aşağı düşüb. Bu da qaz kəmərindəki sızmanın fiziki zədə nəticəsində baş verdiyini göstərir.
Artıq bir sıra ölkələr baş verən hadisəni təxribat elan ediblər.
Hazırda qazla dolu olmasına baxmayaraq hər iki kəmər işləmir.
Norveç polisi ölkənin neft və qaz obyektləri ətrafında təhlükəsizliyi artırmaq üçün bir sıra tədbirlər görüb. Yerli polis bütün dəyişiklikləri nəzarətdə saxlayır.
Finlandiyanın xarici işlər naziri Pekka Haavisto isə insidentin arxasında hansısa “dövlət qurumu”nun dayandığını iddia edib.
“Narahatlıq böyükdür. Mən İsveç və Danimarkanın nöqteyi-nəzərini başa düşürəm. Əsas enerji şəbəkəsində təxribat mümkündürsə, bu, bütün Aİ üçün ciddi məsələ hesab olunur”, - deyə nazir qeyd edib.
Mənbə: Gazeta.ru
"Aİ" teqi üzrə xəbərlər
- Sanksiyalara rəğmən: Aİ Rusiya neftinin alışını maksimuma çatdırıb
- Aİ Rusiyaya qarşı 16-cı sanksiyalar paketini hazırlayır
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
Rəylər