Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İsveç xarici ölkələrin həbsxanalarında kirayə yerlər axtarır
İsveç Krallığının penitensiar müəssisələrində yer çatışmazlığı səbəbindən ölkə həbsxana yerlərinin xaricdə icarəyə götürülməsi imkanlarını araşdırır.
Oxu.Az "Aftonbladet" qəzetinə istinadən xəbər verir ki, bunu İsveçin ədliyyə naziri Qunnar Strömmer deyib.
"Biz bu məsələdə açıq olan ölkələrlə həbsxana sahəsinin icarəyə verilməsi imkanlarını araşdırırıq, müzakirələr hələ də davam edir", - deyə nazir bildirib.
Nazir konkret hansı ölkələrin nəzərdən keçirildiyini açıqlamayıb. Ədliyyə Nazirliyinin işçi qrupunun hesabatına görə, İsveç qanunvericiliyinə əsasən, məhkumların xaricdəki cəzaçəkmə müəssisələrinə yerləşdirilməsi üçün heç bir maneə yoxdur. Lakin bu, yetkinlik yaşına çatmayanlara, terror cinayətlərində təqsirli bilinənlərə və ya məhkəmə-psixiatriya ekspertizası təyin edilmiş şəxslərə şamil edilməyəcək.
"İsveç" teqi üzrə xəbərlər
- İsveçdə məktəb yaxınlığında atışma: 10-a yaxın adam həlak oldu
- İsveç hökumətindən ittiham: "Stokholmdakı İslam Mərkəzi İranın casus bazasıdır"
- İsveçdə Quranın yandırılmasının təşkilatçısına hökm oxundu
- İsveç Şimali Avropanın ən böyük İslam mərkəzinin rəhbərini deportasiya edir
- İsveçdə Quranı yandıran iraqlının öldürülməsinə görə saxlanılanlar azad ediliblər