İsveçin qərbində 50 yaşlı qadını icarəyə götürdüyü evdən səs-küylü seksə və musiqiyə görə köçürüblər, The Local bildirib.
Öncə çoxmənzilli binanın sakinləri qadının evdən köçürülməsinə dair şikayətləri binanın sahibinə yollayıblar.
2014-cü ildə evi icarəyə verənə qadının mənzilindən həddən artıq səs-küy olması barədə 16 dəfə şikayət edilib. Bütün bunlar qadının sevgilisi peyda olduqdan sonra baş verib.
Sakinlərin sözlərinə görə, onlar qonşu qadına özünü sakit aparmasına dair xəbərdarlıq ediblər, o isə bunu anlayışsız qarşılayıb. Nəticədə onu mənzildən çıxarıblar, o isə öz növbəsində apelyasiya məhkəməsinə müraciət edib.
Məhkəmədə zərər çəkən sakinlər qonşu qadının intim həyatının qulaqlarını tıxayacaqları qədər səs-küylü olduğunu bildiriblər. Onlar yatıb dincəlmək və səhər işə yollanmaq üçün qulaqlarını tıxamalı olublar.
Məhkəmə yeri icarəyə verənin qərarını qanuni hesab edib və sakitliyi pozandan 2015-ci ilin mart ayına qədər icarəyə götürmüş xanımdan mənzili tərk etməyi tələb edib.
2014-cü ilin aprel ayında Oqayo ştatından olan təqaüdçü xanımı siqareti tərgitmək istəmədiyi üçün mənzildən çıxarıblar. Binada, eləcə də şəxsi yaşayış mənzilində tütün məmulatlarının istifadəsi tamamən qadağan idi, amma 89 yaşlı qadın bu zərərli vərdişindən əl çəkməkdən etiraz etmişdi.