İsveçdə Stokholmun ətrafında Yerfelleda yerləşən İmam Əli şiə məscidində bazar ertəsi yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə İsveçin SVT televiziyası məlumat yayıb.
“Məscidin yandırıldığı ehtimal edilir”, - Stokholm polisinin nümayəndəsi Lars Bistrem bildirib.
Yanğın haqqında məlumat polisə bazar günü 23:16-da daxil olub. Xəsarət alanlar haqqında məlumat yoxdur.
Məscidin binasında yerləşən kitabxanada 3 minə yaxın kitab var. Kitabların yanmasına dair məlumat yoxdur.
“İlkin proqnozlara müvafiq olaraq, binanın 30-50%-i zədələnib, bu, hazırda əlimizdə olan məlumatdır”, - məscidin nümayəndəsi Aki Zahiri İsveç telekanalına bildirib.
Onun sözlərinə görə, məscidin binasının sahəsi təxminən 3500 kvadratmetrdir.
N.О.
www.oxu.az