Naməlum şəxslər İsveçin Uppsala şəhərindəki bir məscidin icmasına təhdid məktubu göndəriblər.
Yerli SVT televiziyası bu barədə məscidin nümayəndəsi Şadi Kasskinə istinadən məlumat yayıb.
Qeyd olunur ki, zərfin içində naməlum ağ toz da olub.
“Toza toxunmadıq. Dərhal polisə məlumat verdik. Vərəqdə deyilirdi: “Sizi burada istəmirik”. İnanclılar qorxurlar, bu ilk dəfə deyil. Məscid icmasını daha əvvəl də təhdid ediblər”, - deyə Kasskin bildirib.
Uppsala polis idarəsində deyiblər ki, zərfdə tapılan toz təhlükəli deyil.
Təhdid məktubu ilə bağlı araşdırma aparılır.