Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

İsveçdə Qurani-Kərimi yandıran şəxs öldürülüb
İsveçdə bir neçə dəfə Qurani-Kərimi yandıran iraqlı mühacir Salvan Momika güllələnərək öldürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə İsveçin SVT telekanalı məlumat yayıb.
Məlumata görə, Salvan Momika Stokholmun cənubundakı Syödertelye şəhərində güllələnərək öldürülüb.
Polis hələlik hadisə və öldürülən şəxsin kimliyi barədə şərh verməyib. Telekanalın məlumatına görə, işin araşdırılmasında təhlükəsizlik xidməti iştirak edir, bir neçə nəfər saxlanılıb.
Bu gün Stokholm dairə məhkəməsi milli zəmində nifrəti qızışdırmaq maddəsi ilə hökm çıxarmalı idi. Lakin təqsirləndirilən şəxslərdən birinin ölümü təsdiqləndiyi üçün hökmün elan edilməsi təxirə salınıb.

"Quranın təhqir edilməsi" teqi üzrə xəbərlər
- Türkiyənin Londondakı səfirliyinin qarşısında Quran yandırılıb
- İsveçdə Quranın yandırılmasının təşkilatçısına hökm oxundu
- Türkiyənin Danimarkadakı səfirliyi qarşısında Quran yandırıldı
- İsveçdə Quranı yandıran iraqlının öldürülməsinə görə saxlanılanlar azad ediliblər
- Dəfələrlə Quran yandıran şəxsin cəzası bəlli oldu