Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İsveçdə “Ramazan ayı siqareti tərgitmək üçün bir fürsətdir” şüarı ilə vərəqələr paylanıb
İsveçin paytaxtı Stokholmda son 6 ildir davam edən “Ramazanda siqaretdən imtina et” kampaniyası bu il də həyata keçirilir.
Stokholm bələdiyyəsinin təşkil etdiyi kampaniyaya müsəlman icmaları da dəstək verirlər.
Stokholm Bələdiyyəsinin Cinayətkarlığın qarşısının alınması üzrə Milli Şurasının koordinatoru Anett Peterson məscidlərdə “Ramazan ayı siqareti tərgitmək üçün bir fürsətdir” şüarı ilə vərəqələr paylayıb.
Peterson oruc tutan insanın gün ərzində siqaret çəkmədiyinə işarə edib.
“Bütün gün siqaret çəkmədiyiniz zaman siz siqareti tərgitməyin yeni mərhələsinə qədəm qoyursunuz. Siz də Ramazan ayında siqaretdən tamamilə imtina edə bilərsiniz”, - deyə o qeyd edib.
Mənbə: “Yeni Şafak na russkom” “Telegram”
Rəylər