İsveçin Höteborq şəhərində uşaq bağçalrından 120 uşağı gey-parada çıxardıblar. Uşaqlar “Kimi istəyirsən - onu da sev” şüarlarını səsləndiriblər.
Oxu.Az The Guardian-a istinadən xəbər verir ki, İsveçin böyüklüyünə görə Stokholmdan sonra ikinci şəhəri olan Höteborqda bu artıq ənənəyə çevrilib - son bir neçə il ərzində burada uşaqları cinsi azlıqların nümayişinə çıxardırlar.
West Pride festivalı 2007-ci ildən etibarən hər il Höteborq şəhər bələdiyyəsinin himayəsi altında keçirilir. Nümayişlərə şəhərin əsas mədəniyyət müəssisələri də cəlb edilir (teatr, muzey və sairə).
Sara Ghazi adlı isveçli müəllimə baş verənləri belə izah edir: “Biz hər gün uşaqlar ilə bu barədə söhbət edirik. Onlara deyirik ki, hər kəs digərlərinə məxsusdur, sənin dərinin rəngi və cinsin vacib deyil”.