Azərbaycanın “Qəbələ” klubu iyulun 2-də Gürcüstanın paytaxtı Tiflisdə “Dinamo” komandası ilə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununa çıxacaq.
Oxu.Az xəbər verir ki, klubun baş məşqçisi Roman Qriqorçuk oyundan öncə mətbuat konfransı keçirib.
“Rəqibimizi yaxşı öyrənmişik. Onların heyətində dəyişikliklər baş verib. “Dinamo”nun çox güclü baş məşqçisi var. Onun oyun üslubu xoşuma gəlir.
Biz özümüzə inanırıq. Çalışacağıq ki yaxşı oyun göstərib sərfəli nəticə əldə edək. Komandamızı 5:0 hesablı qələbə qane edəcək”.