ABŞ prezidenti Barak Obama Kuba ilə diplomatik münasibətlərin bərpa edildiyini bəyan etdi. Obama həmçinin hər iki ölkə paytaxtında səfirliklərin açılmasını təstdiq etdi.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti xüsusi müraciətlə çıxışı zamanı bildirib.
“ABŞ 52 il bundan əvvəl “soyuq müharibə”nin qızğın vaxtında Havanadakı səfirliyini bağladı. Bu gün mən elan edə bilərəm ki, ABŞ Kuba Respublikası ilə diplomatik münasibətləri formal bərpa etməyə və ölkələrimizdə səfirliklərin açılması ilə razılaşıb”, deyə Obama bildirib.