İsveçin baş naziri Ulf Kristersson Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim etdiyinə görə minnətdarlığını bildirib.
Bu barədə “X” sosial şəbəkəsində (keçmiş “Twitter”) İsveç baş nazirinin səhifəsində məlumat verilib.
“Prezident Ərdoğanın İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu imzalayıb Türkiyə Böyük Millət Məclisinə təqdim etməsi faktını alqışlayırıq. Parlament prosedurları artıq başlayacaq. NATO-ya üzv olmağı səbirsizliklə gözləyirik”, - sosial şəbəkə səhifəsində yazılıb.
Qeyd edək ki, bundan əvvəl R.T.Ərdoğan İsveçin NATO-ya qəbulu ilə bağlı protokolu parlamentə təqdim edib. Prosedura əsasən, sənəd ilkin olaraq Beynəlxalq Əlaqələr Komissiyasında nəzərdən keçiriləcək və təsdiqləndiyi təqdirdə bütövlükdə parlamentin səsverməsinə çıxarılacaq.
İsveçin NATO-ya qəbulu ilə bağlı protokol indiyədək alyansın 31 ölkəsi tərəfindən ratifikasiya edilib, yalnız Türkiyə və Macarıstan sənədi təsdiq etməyib.
Welcome that President Erdoğan signed Sweden’s ratification protocol to NATO and submitted it to the Grand National Assembly of Türkiye. Parliamentary procedures will now commence. We are looking forward to becoming a member of NATO.
— SwedishPM (@SwedishPM) October 23, 2023
Rəylər