Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

İsveçin NATO-ya daxil olması barədə müraciətin ratifikasiyası imzalanıb
Macarıstanın yeni Prezidenti Tamas Şuyok İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyasını imzalayıb.
Bu barədə dövlət başçısının aparatı məlumat yayıb.
Bəyanatda qeyd olunub ki, saziş fevralın 26-da Macarıstan parlamenti tərəfindən təsdiqlənib.
Bundan əvvəl “Bloomberg“ agentliyi qeyd edib ki, NATO-nun mənzil-qərargahında martın 1-də İsveç bayrağının asılması ilə bağlı planlaşdırılan rəsmi mərasim Macarıstanın yeni prezidentinin ratifikasiyanı imzalamamasına görə təxirə salınmışdı.
Macarıstan parlamenti Stokholmun NATO-ya daxil olması haqqında sazişi ratifikasiya etdiyi gün Şuyok prezident seçildi.
"İsveç" teqi üzrə xəbərlər
- İsveçdə dişlərini düzgün fırçalamayan uşaqların valideynlərinə 8 aylıq həbs cəzası verildi
- İsveçdə İŞİD-ə üzvlükdə ittiham edilən üç nəfər bəraət alıb
- Rusiyanın İsveçdəki səfirliyinə dronla hücum edilib
- Finlandiyada Rusiya sərhədi yaxınlığında beş min əsgərin iştirakı ilə hərbi təlimlər başlayıb
- Səkkiz Avropa İttifaqı ölkəsi müharibə və təbii fəlakətlərə hazırlığın artırılmasına çağırıb