Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
:1200.jpg)
Xocalıda uzun illərdən sonra Od çərşənbəsində tonqal qalanıb - FOTO/VİDEO
İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalıda da qeyd olunub.
AZƏRTAC xəbər verir ki, Xocalının bərpa və tikintisində çalışan işçilər çərşənbə tonqalı qalayıblar. Çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib. Xocalı sakini Elşən Vəliyev oxuduğu “Qarabağ” mahnısı ilə hər kəsə bayram sevinci ilə yanaşı fərəh dolu duyğular bəxş edib.
Qeyd edək ki, Od çərşənbəsi odla, istiliklə bağlı olub insanların oda inamlarını ifadə edib. Odun, işığın ən böyük və tükənməz mənbəyi Günəşdir. Günəş göyü, yeri isindirib həyat enerjisi ilə kainata dirilik bəxş edir. İnanclara görə tonqalda həm də köhnə illərin ağrı-acıları və uğursuzluqları da yanaraq külə çevrilir.
Bu gün Xocalıda qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir.
Ətraflı süjetdə:

"Xocalı şəhəri" teqi üzrə xəbərlər
- Xocalı şəhərinə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib
- Xocalıya qayıdan sakin: "Adama yuxu kimi gəlir bu köç"
- Keçmiş məcburi köçkün: "Xocalı ömrümün ən gözəl çağı idi"
- Məbəd, yoxsa hərbi baza?! - Xocalıdan kadrlar şok yaratdı
- Azad edilmiş ərazilərdə mal-qara saxlamaq qadağandır? - RƏSMİ AÇIQLAMA