İsveçrənin şimalında yerləşən Arqau kantonunun ərazisində baş verən atışma zamanı bir neçə nəfər həlak olub.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident ötən gecə baş verib. Sakinlər evlərdən birində atışma səsləri eşidib və əraziyə polis çağırılıb.
İstintaq müəyyən edib ki, qatil öncə 58 yaşlı qayınatasını, 87 yaşlı qayınanasını və 32 yaşlı qayınını güllələyib. Sonra o qonşuluqda yaşayan 46 yaşlı kişini öldürüb. Yalnız bundan sonra həmin şəxs özünə qəsd edib.
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin