İtaliyada Baş nazir Ciorcia Melonini qorxutmağa çalışan deputat parlamentdən çıxarılıb.
Oxu.Az "RİA Novosti"yə istinadən xəbər verir ki, sol müxalifət partiyası "+Avropa"nın katibi Rikkardo Macci baş nazirin çıxışı zamanı başına döşəkağı geyinərək tribunaya yaxınlaşmağa çalışıb.
O, 8-9 iyun tarixlərində keçiriləcək vətəndaşlıq və əmək qanunvericiliyinə aid 5 suala dair referendumla bağlı etirazlarını ifadə edib.
Macci zaldan çıxarılarkən Meloni gülümsəyərək hadisəni telefonu ilə lentə alıb.