İtaliyada 105 yaşlı qadın ad gününü iş yerində qeyd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Sputnik Mundo" yazıb.
Ayaqqabı fabrikinin rəhbəri Letisiya Qallinin videotəbriki sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Qadın 105-ci ad gününü iş yerində həmkarları və işçilərinin əhatəsində qeyd edib. 100 yaşını keçməsinə baxmayaraq, o, əvvəlki kimi ofisinə gedir və hələ İkinci Dünya Müharibəsindən əvvəl, 1926-cı ildə atası tərəfindən yaradılmış bizneslə məşğuldur.
Qalli 1939-cu ildə cəmi 19 yaşı olanda atasının yerini tutub. Müharibə illərində o, yalnız brendi qoruyub saxlamaqla kifayətlənməyib, həm də onun mövqelərini gücləndirib. 2005-ci ildən idarəetmə Qalli ailəsinin üçüncü nəslinə keçməsinə baxmayaraq, Letisiya hələ də şirkətin fəal üzvü və siması olaraq fəaliyyət göstərir.
Uzunömürlü işçi bildirib ki, pensiyaya hazırlaşmır, çünki iş ona özünü lazım olduğuna inandırır və sosial əlaqələrini qorumağa kömək edir.
Herontoloqlar sağlam qocalığı sosial fəallıq və işinə maraqla əlaqələndirirlər. Sosial fəallıq depressiya, narahatlıq və hətta ürək-damar xəstəliklərinin inkişaf riskini azaldır.