İtaliyanın Peruca əyalətinin Bayano-di-Spoleto yaşayış məntəqəsində döyüş sursatı istehsal edən zavodda partlayış baş verib.
Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə nəticəsində zavodun 24 yaşlı qadın əməkdaşı yaralanıb.
Zərərçəkən xəstəxanaya yerləşdirilib. Hadisə yerinə yanğınsöndürən və polis əməkdaşları cəlb olunub. Partlayışın səbəbi hələ ki, məlum deyil.
A.M.