Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

İtaliyada karbon avtomobil təqdim edildi
Gənc İtaliya şirkəti "Automobili Mignatta" debüt modeli - "Rina" spidsterini təqdim edib.
Oxu.Az auro.ru-ya istinadən xəbər verir ki, 1960-cı illərin idman avtomobilləri üslubunda hazırlanan yeni model 260 min avrodan başlayan qiymətə malikdir.
İl ərzində əl ilə hazırlanmış 30-dan çox nüsxənin istehsal edilməsi planlaşdırılır.
Şirkətin qurucusu Hose Minyattanın nənəsi Katerinanın şərəfinə adlandırılan spidster uzun kapot və klassik konturlara malikdir. Onun əsasını karbon material təşkil edir.
Kapotun altında "Italtecnica Engineering" şirkəti tərəfindən tənzimlənmiş beş litrlik atmosfer V8 quraşdırılıb. Texniki xüsusiyyətlər hələ açıqlanmayıb. Dəri və karbon lifi ilə üzlənmiş salon da retro üslubunda hazırlanıb - burada yalnız analoq cihazlar, açar və düymələr var.
"Avto-moto" teqi üzrə xəbərlər
- Floridalı ustadan unikal pikap: "Ramgler" sosial mediada maraqla qarşılandı
- "Formula-1" pilotu milyonlarla dollarlıq yeni avtomobilini göstərdi
- "Audi" şirkəti avtomobil studiyasını satışa çıxardı
- "Ferrari" ilk elektrik avtomobilinin təqdimatını təxirə saldı
- Gücü 761 at qüvvəsi olan hiper-SUV hazırlanır