Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Kaspi"nin sonuncu buraxılışı Heydər Əliyevin doğum gününə HƏSR EDİLİB
"Kaspi" qəzetinin son buraxılışı ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilib.
Oxu.Az xəbər verir ki, qəzet oxucularına ümummilli liderin böyük həyat yolunu əhatə edən geniş materiallar təqdim edib.
Nəşrin səhifələrində Heydər Əliyevin Azərbaycan xalqının rifahı naminə göstərdiyi xidmətlər, həyata keçirdiyi parlaq fəaliyyət ətraflı şəkildə işıqlandırılıb.
Eyni zamanda, qəzet ümummilli liderin bu gün də yaşayan irsinə xüsusi diqqət ayırıb - onun siyasi kursunu layiqincə davam etdirənlərin fəaliyyəti qeyd olunub. Prezident İlham Əliyevin uzaqgörən siyasəti, Birinci vitse-prezident Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti və digər mühüm məqamlar ön plana çıxarılıb.
Qeyd edək ki, Heydər Əliyev müasir, müstəqil Azərbaycanın formalaşması və möhkəmlənməsi ilə ayrılmaz şəkildə bağlı olan görkəmli dövlət xadimidir. Onun siyasi müdrikliyi, uzaqgörənliyi və tarixin həlledici məqamlarında strateji qərarlar qəbul etmə bacarığı bugünkü Azərbaycan dövlətinin təməlini təşkil edib.
1881-ci ildən nəşr olunan "Kaspi" qəzetinin buraxılışları oxuculara həm rus, həm də Azərbaycan dillərində təqdim olunur.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Leyla Əliyevanın təşəbbüsü ilə regionlarda yaşayan uşaq və yeniyetmələrə velosipedlər hədiyyə olunub
- Hacı İntiqam ulu öndərə verdiyi hədiyyədən danışdı
- Xalq artisti Mərahim Fərzəlibəyov: "Heydər Əliyev sənətdə bizə həmişə dayaq olub"
- Aqil Abbas: "Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan olmayacaqdı"
- İqtisadi tənəzzüldən sosial inkişafa - Heydər Əliyevin yaratdığı İRS