İtaliyanın Toskana bölgəsində, Piza ilə Lukka şəhərləri arasında tüğyan edən meşə yanğınları səbəbindən 3 500-dən çox insan təxliyə olunub.
Oxu.Az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat verib.
Bildirilib ki, Monte-Faeta dağı yaxınlığındakı San-Culiano-Terme bələdiyyəsinə xüsusilə böyük ziyan dəyib. Yerli hakimiyyət orqanları bütün sakinləri bölgəni tərk etməyə çağırıb, idman zalları müvəqqəti sığınacaqlar kimi istifadəyə verilib. İdarəetmə orqanlarının açıqlamasına görə, külək yanğını daha da genişləndirib, alovu nəzarətə almaq çətinləşib.