İtaliyada pendir zəhərlənməsindən sonra doqquz il komada qalan Mattia adlı 13 yaşlı oğlan vəfat edib. Uşağın ölümü barədə atası Covanni Battista Maestri məlumat verib.
Oxu.Az xəbər verir ki, hadisə barədə RMF24 nəşri məlumat yayıb.
Hadisə 2017-ci ildə Trento əyalətinin Koredo şəhərində qeydə alınıb. O zaman dörd yaşı olan uşaq tərkibində "Escherichia coli" bakteriyaları olan pasterizə edilməmiş süddən hazırlanmış pendir yeyib. Qidanı qəbul etdikdən az sonra oğlanda kəskin qarın ağrıları başlayıb və səhhəti anidən ağırlaşıb.
Həkimlər Mattiaya hemolitik-uremik sindrom diaqnozu təyin ediblər. Bu xəstəlik beyinin zədələnməsi, görmə qabiliyyətinin itirilməsi, iflic və kəskin epilepsiya ilə nəticələnib. Komaya düşən uşaq bir daha özünə gələ bilməyib.