Məşhur şokolad fabriki prezidenti vəfat edib.
Oxu.Az Reuters-ə istinadən xəbər verir ki, dünyanın bir çox ölkələrinə öz məhsullarını ixrac edən “Nutella” şokolad-fındıq əzməsinin yaradıcısı Mişel Ferrero 89 yaşında Monte Karloda dünyasını dəyişib.
53 ölkədə satışı həyata keçirilən məşhur fabrikin qurucusunun ölümü İtaliyada hüznlə qarşılanıb. Yerli mətbuatda “Nutella-nın atası öldü”, “Cənab Nutella həyatını itirdi” sərlövhəli xəbərlər yer alıb.
İtaliyanın ən qabaqcıl biznesmenlərindən hesab edilən Mişel Ferreronun adı “Bloomberg”in yayımladığı ilk 100 milyarder siyahısında da çəkilir. Ferreronun 23,4 milyard dollarlıq bir sərvətə sahib olduğu bildirilir. O İtaliyanın ən varlı adamı sayılırdı.
İtaliya prezidenti Serjio Mattarella Ferreronu “anadangəlmə biznesmen” adlandırıb.