Danimarka paytaxtı Kopenhagendə kafeyə hücum edən silahlı şəxs öldürülüb.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, kafeyə və sinaqoqa silahlı basqın edən şəxsin izinə düşən əməliyyatçılar dəmir yolu stansiyası yaxınlığında onu yaxalayıb. Bu zaman silahlı şəxs atəş açıb. Polis cavab atəşi ilə onu zərərsizləşdirib.
Qeyd edək ki, dünən Danimarkanın paytaxtında iki silahlı hücum baş verib. Mərkəzdəki “Krudttoenden” adlı caz kafeyə təşkil edilən hücumda 1 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb. Bundan bir neçə saat sonra sinaqoqa silahlı hücum olub. Hər iki hadisə zamanı silahlı şəxs gizlənə bilib. Olaylar arasında bağlılığın olduğu güman edilir.