26 qadın Roma Papasına rahiblərin sekslə məşğul olmalarına icazə verməsi üçün müraciət edib.
Oxu.Az Qazeta.ru-ya istinadən xəbər verir ki, pontifikə ünvanlanmış məktubda İtaliyanın xanımları Roma katolik kilsəsinin rahibləri ilə yaşadıqları sevgi romanlarını bəyan ediblər. Onlar iddia edirlər ki, onların partnyorlarının bəziləri hələ də “sükutda yaşayırlar”.
Müraciətin sahibləri Fransisko ilə görüşüb bu işi müzakirə etmək istəyirlər, “biz bu kişiləri sevirik, onlar da bizi sevir və qoyulan qadağalara baxmayaraq onlardan heç kim bu əlaqədən etiraz edə bilmir” məktubda yazılıb.
İtalyan xanımları vəziyyəti yalnız onlar üçün deyil, ümumiyyətlə, bütün Roma katolik kilsəsi üçün dəyişmək mümkün olduğuna ümid edirlər.