O cümlədən, Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə 9,20 mln. ton, Supsa boru kəməri ilə 1,44 mln. ton, Şimal boru kəməri ilə 0,34 mln. ton və dəmiryol nəqliyyatı ilə 0,30 mln.ton. neft ixrac olunub.
Oxu.Az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin 2014-cü ilin yanvar-aprel ayları üzrə hesabatında deyilir.
DGK-nın məlumatına görə, sayğac göstəriciləri əsasında fevralda qaz-kondensatı (BTC boru kəməri ilə) – 0,76 mln.ton, təbii qaz – 3 079 066,2 min kubmetr, elektrik enerjisi – 99 404,5 min kVt/s ixrac olunub.
Hesabatda həmçinin gömrük bəyannamələri üzrə xam neft, neft məhsulları, təbii qaz və elektrik enerjisinin ixracı üzrə məlumat verilib.
Belə ki, xam neft – 7,47 mln. ton (6,15 mlrd. ABŞ dolları), neft məhsulları – 0,46 mln.ton (328,35 mln.ABŞ dolları), təbii qaz – 1 001 097,22 min. kubmetr (175,80 mln. ABŞ dolları) və elektrik enerjisi – 219,93 mln. kVt/s (9,85 mln. ABŞ dolları) ixrac olunub.
Bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə göstərir ki, xam neftin – 11,05%-ə, neft məhsullarının – 15,03%-ə, təbii qazın – 36,05%-ə və elektrik enerjisinin – 35,71%-ə ixracı azalıb.
Gülnarə Zeynalova
www.oxu.az