Azərbaycanda 2014-cü ilin yanvar-aprel ayları üçün qızıl hasilatı 501,8 kq olub, bu isə keçən ilin analoji dövrünün göstəricisindən 46,5% artıqdır.
Oxu.Az İnterfaks-a istinadən xəbər verir ki, bu barədə Statistika üzrə Dövlət Komitəsi bildirib.
Xatırladaq ki, 2013-cü ilin nəticələrinə görə, Azərbaycanda 1619,2 kq qızıl (3,6% artıb), 630 kq gümüş (0,7%) çıxarılıb.
Azərbaycanda qızıl və gümüş 1997-ci ilin 21 avqust tarixində imzalanmış Production Sharing Agreement müqaviləsinə əsasən Gədəbəy və Qoşa yataqlarından çıxarılır.
Müqaviləyə əsasən ümumilikdə 6 yataqdan 400 ton qızıl, 2,5 min ton gümüş və 1,5 ton mis çıxarılması planlaşdırılır.
Gülnarə Zeynalova
www.oxu.az