Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
İtlər PUA-ları havada aşkarlamağı öyrəniblər
Xüsusi təlim keçmiş itlər havada pilotsuz uçuş aparatlarını (PUA) aşkarlamağı öyrəniblər.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələrinin general-mayoru, xidməti itlərin yetişdirilməsi üzrə təlim mərkəzinin rəis müavini Sergey Deqtyarev bildirib.
Onun sözlərinə görə, hazırlıq orta hesabla 3-6 ay çəkir. Nəticədə, itlər 700 metrə qədər məsafədən dronun yaxınlaşmasını aşkarlaya bilirlər.
O aydınlaşdırıb ki, təkcə alman, Belçika və Şərqi Avropa çoban itləri deyil, bir sıra ov cinsləri də PUA-ları aşkarlamaq iqtidarındadır.
Təlim çərçivəsində hərbçilər də xüsusi hazırlıq keçirlər.
"Əsgər döyüş meydanında təkcə özünə deyil, həm də dördayaqlı yoldaşına kömək göstərməyi bacarmalıdır", - Deqtyarev bildirib.
"Dron - Pilotsuz uçuş aparatı (PUA)" teqi üzrə xəbərlər
- Donetskdə qeyri-adi hadisə: Bayquş Rusiyanın pilotsuz təyyarəsini vurdu
- Danimarka səmasında 20 naməlum dron göründü
- Dünya nəhəngi olan şirkət Türkiyədə dron fabriki açacaq
- Sirr açıldı? - ABŞ-də gecələr peyda olan və sakinləri qorxudan PUA-larla bağlı Livelsbergerin izahı
- Ukrayna PUA-larının hücumları səbəbindən "Yandeks" məhkəmə qərarı ilə üzləşdi
Rəylər