Türkiyənin İzmir şəhərinin beynəlxalq hava limanı əyalətdə davam edən meşə yanğınları ilə əlaqədar fəaliyyətini müvəqqəti dayandırıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Milliyet" məlumat yayıb.
Məlumata görə, Adnan Menderes hava limanı Qaziemir rayonundakı yanğın zonasının yaxınlığında yerləşir. Davam edən meşə yanğını, tüstü və yanğınsöndürən təyyarələrin işi səbəbindən hava limanı sərnişin təyyarələrinin uçuş və enişini dayandırıb.
İzmirə gələn bəzi reyslər başqa hava limanlarına yönləndirilib. Yanğının nəzarət altına alınmasından sonra uçuşların əvvəlki qaydada davam edəcəyi gözlənilir.