Fransalı aktyor Jerar Depardyenin cinsi təcavüzü ilə bağlı Paris prokurorluğuna yeni şikayət daxil olub.
Bu barədə aktyorun vəkili Karin Dyurye-Dibolt məlumat verib.
Qeyd olunur ki, söhbət Depardye tərəfindən 2021-ci ildə “Les Volets verts” (2022) filminin çəkiliş meydançasında quruluşçu rəssam kimi işləyən, soyadı açıqlanmayan 53 yaşlı Ameliyə qarşı edilən cinsi təcavüzdən gedir.
Qadın aktyoru 2021-ci ilin sentyabrında filmin çəkilişləri zamanı ona qarşı nalayiq ifadələr söyləməkdə və həmçinin kobudcasına bədəninin müxtəlif nahiyələrindəntutmaqda ittiham edir.
Artıq Depardyeyə qarşı bir neçə oxşar şikayətlər edilib.
Mənbə: BFMTV
Rəylər