Rusiya Dövlət Dumasının deputatı, Liberal-demokrat partiyasının (LDPR) lideri Vladimir Jirinovski Rusiyanın hərbi qüvvəsini nümayiş etdirmək üçün əhalisi az olan hər hansı ölkəyə nüvə bombasını atmağı təklif edib.
Oxu.Az Rosbalt-a istinadən xəbər verir ki, bu barədə o, Vladimir Solovyovla “Bazar axşamı” proqramının efirində bildirib.
“Şimal dənizində ada, ölkə var, əhalisi 200 mindir. Brüsselə: baxın ada var, indi isə üzünüzü çevirin, artıq ada yoxdur demək lazımdır. Ölkə yoxdur!”, - o deyib.
“Dəhşət”, - deyə aparıcı reaksiya verib.
“Bəs siz nə istəyirsiniz? İstəyirsiniz ki, bizi vursunlar, Donbasda atışma olsun?”, - deyə Jirinovski qışqırıb.
“Bizim nüvə qüvvələrimizin nəyə qadir olduğunu göstərmək lazımdır”, - o qeyd edib.