“Bakı Metropoliteni”nin yeni B-3 adlandırılan stansiyası 2018-ci ildə istifadəyə veriləcək.
Bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Oxu.Az-a bildirib.
Onun sözlərinə görə, “Bənövşəyi xətt” üzrə növbəti stansiyanın tikintisi davam etdirilir.
Qurum rəsmisi bildirib ki, hazırda həmin xətt üzrə inşa edilən, hələlik B-3 adlandırılan stansiya Cəlil Məmmədquluzadə küçəsində, Silahlı Qüvvələrin Mərkəzi Hərbi Hospitalının qarşısındakı stansiyadır:
“Yeni stansiya “Atovağzal” və “Memar Əcəmi” stansiyalarının hərəkət etdiyi “Bənövşəyi xətt”in davamıdır”.
E.Ə.
www.oxu.az